ELANLAR

1735

“XOCALI - ŞƏHİD ŞƏHƏR” adlı Respublika uşaq rəsm müsabiqəsi keçiriləcək

19.02.2020
“XOCALI - ŞƏHİD ŞƏHƏR”  adlı  Respublika  uşaq  rəsm müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil  Nazirliyi,  Azərbaycan  Televiziya  və  Radio  Verlişləri  Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin  dəstəyi, Azərbaycan  Dövlət Rəsm Qalereyası  və Xətai  Sənət Mərkəzinin  təşkilatçılığı  ilə  XX  əsr  tarixinə “Əsrin genosidi”  kimi  daxil  olmuş Xocalı  soyqırımı  qurbanlarının  xatirəsini  yad etmək  və  qan  yaddaşımıza  əbədi  həkk  olunmuş  bu hadisəni  unutdurmamaq  məqsədi  ilə  keçirilən  XOCALI - ŞƏHİD ŞƏHƏR adlı  Respublika  uşaq rəsm  müsabiqəsinə  əsər  qəbulu  başa  çatmışdır.
Müsabiqəyə Respublikamızın müxtəlif bölgələrindən  700-dən çox uşaq, 1300-ə qədər əsəri ilə  qatılmışdır.
Tədbirə 225 uşağın hər birindən bir əsər olmaqla sərgilənmək üçün dəvət olunmuşdur. Yekun sərgidə tanınmış rəssam Cəlal Ağayev  “Şəhid şəhər” əsəri  də sərgilənəcək.
Müsabiqənin yekun sərgisində Lənkəran Şəhər Uşaq Rəssamlıq məktəbi, 4 nömrəli Uşaq İncəsənət məktəbi, 2 saylı İncəsənət məktəbi, Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzi Rəssamlıq şöbəsi, H.Abbasov adına Maştağa Mədəniyyət mərkəzi, 1 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, 147 saylı texniki humanitar lisey, 2 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, Sumqayıt şəhər 1 nömrəli Uşaq Gənclər İnkişaf mərkəzi, Hədəf Liseyi, Masallı r. Onbirillik İncəsənət məktəbi, Abşeron Buzovna art studio, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, 108 nömrəli tam orta məktəb, Bilender tədris mərkəzi-Raziyaart, ƏSRA tədris mərkəzi, Gəncə ş. Uşaq Incəsənət məktəbi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi və s. rəssamlıq dərnəkləri daha çoxluqla təmsil olunurlar.
Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Sərgi 24 fevral 2020-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində açılacaqdır.

Müsabiqədə iştirak etmək üçün www.xsm.az saytında tədbirlər bölümündəki  “Şəhid şəhər” afişasına toxunmaqla və ya http://xsm.az/site/sehidseher/ linkinə daxil olub 1 və ya 2 əsərinin fotosunu daxil etməklə göstərilən anketi doldurmaqla qatılmışlar.