Elanlar - ADRQ
Ana səhifəElanlar sa sa 194
“Harmoniya” adlı qrup sərgisi keçiriləcək Fev 27, 2020 | 17:06

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il mart ayının 5-i saat 18:30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında (2-ci mərtəbə) 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi keçiriləcəkdir.
“Harmoniya” adlı qrup sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcəkdir.
Sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədi ilə həyata keçirilir.
Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaqdır.
Sərgidə həmçinin “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyi öz musiqi nümunələri ilə çıxış edəcəkdir.
Giriş sərbəstdir.
Media nümayəndələri dəvətlidir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook