ELANLAR

2245

“XEYİRƏ VƏSİLƏ” adlı III xeyriyyə-satış sərgisi keçiriləcəkdir.

17.11.2017
“XEYİRƏ VƏSİLƏ” adlı III xeyriyyə-satış sərgisi keçiriləcəkdir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatı dəstəyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2017-ci il noyabr ayının 17-də saat 17:00-da Xətai Sənət Mərkəzində “XEYİRƏ VƏSİLƏ” adlı III xeyriyyə-satış sərgisi keçiriləcəkdir. Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Bədii toxuculuq və xalça sənəti” kafedrasının baş müəllimi Minaxanım Hüseynovanın dəstəyi ilə baş tutacaqdır. 
Xeyriyyə məqsədi ilə keçirilən sərgidə satılan hər bir əsərin məbləğinin 20%-ni valideyinlərini itirmiş tələbələrin təhsil haqqına və uşaq evlərinə xərcləməkdir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyyəti öz əsərləri ilə iştirak edəcəklər. 
Xeyriyyə sərgisində uşaq evlərini ziyarət edən və onlara maddi dəstək olan insanlar “Təşəkkürnamə”lərlə, əsərləri ilə fəal iştirak edənlər isə “Diplom”larla təltif olunması nəzərdə tutulur.