Elanlar - ADRQ
Ana səhifəElanlar sa sa 639
“XƏZƏRİN DALĞALARI” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı keçiriləcək “XƏZƏRİN DALĞALARI” adlı I Bakı Beynəlxalq Suluboya Festivalı keçiriləcək Mart 03, 2020 | 10:41

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, IWS Globe -Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi -IWS Azerbaijan və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 28 may -Azərbaycanın Respublika günü münasibəti ilə 2-5 iyun tarixlərində gərçəkləşəcək.
Məqsəd akvarel texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərməkdən ibarətdir.
Festivalın iştirak şərtləri:
Mövzu: Azərbaycan; Ölçü: sərbəst
18 yaşdan yuxarı hər bir yerli və xarici akvarelistlər iştirak edə bilər. Əsərlər 90 % akvarel ilə işlənməlidir. Bütün işlər orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Hər bir iştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin seçimlərdən sonra hər bir müəllifin yalnız 1 əsəri dəvət olunacaq. Festivalda iştirak ödənişsizdir.
İşlər onlayn olaraq seçiləcək.
Əsərlər facebookda https://www.facebook.com/groups/FestBaku/ qrupunda Ad,soyad, Ölkə, Əsərin adı Texnika və Ölçüsü, Email adresi qeyd etməklə 2020-ci ilin mart ayının 5-dən aprel ayının 15-dək onlayn olaraq (Rəqəmsal təqdim JPEG fayl 300 dpi, 3-4 Mb.) yerləşdirilməlidir.
20 apreldə ilk turu keçmiş əsərlər və müəlliflərinin siyahısı elan ediləcək. Seçilmiş əsərlərin fotoları və təqdim edilmiş anket doldurularaq xsm.2016@mail.ru elektron ünvanına 20-25 aprel müddətində göndərilməli və əsərlərin orjinalları 5 may tarixinə qədər ünvana çatdırılmalıdırlar. Secilmiş əsərlər Azərbaycanda sərgilənmək və II turda iştirak üçün dəvət olunacaq. II turda müsabiqə keçiriləcək və jüri tərəfindən qaliblər seçiləcək.
Əsəri sərgilənən rəssam öz hesabına gəlib festivalda iştirak edə bilər. Işlər satıldıqda işlərin qiymətindən 25% komissiya götürüləcək.
Foto referenslər https://www.facebook.com/groups/FestBaku/ qrupunda yerləşdiriləcəklər. Fotoqrafların adlarını qeyd etməyiniz xahiş olunur.
Festival çərçivəsində demo ustad dərsləri və plenerlər təşkil olunacaq. Sərginin kataloqu hazırlanacaq. Tədbirdən sonra əsərlər bir ədəd katoloqla bərabər geri göndəriləcək. Qalib olmuş əsərlər təşkilatçıların fondunda qalacaq.
Mükafatlandırma fondu
I yer – 500 evro
II yer – 300 evro
III yer – 200 evro
Təşkilatçıların seçdiyi bir əsər – 100 evro
Həvəsləndirici mükafat 5 yer.
Dəvət olunan əsərlərin müəllifləri diplomla təltif olunacaq.
Sərgilənmək üçün göndərilən orjinal əsərlərin qəbul mərkəzi
Azərbaycan Respublikası, Bakı şəhəri, Xocalı pr. 62, AZ1025
Xətai Sənət Mərkəzi www.xsm.az (+994) 12 490 84 51/52/53

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook