ELANLAR

1455

AXIN qrupunun gənc sənətşünas üzvləri üçün elmi müsabiqə elan edilir

05.04.2020
AXIN qrupunun gənc sənətşünas üzvləri üçün elmi müsabiqə elan edilir

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal, qalib gəl!” layihəsi çərçivəsində  AXIN qrupunun gənc sənətşünasları üçün məqalə müsabiqəsi elan edir.  

Müsabiqə gənclərin mədəni inkişafında rolunu artırmaq, elmi araşdırma və analtik düşünmə qabiliyyətini təkmilləşdirmək, gənclərin maarifləndirilməsi, elmi fəaliyyətinin stimullaşdırılması, onların nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.

Müsabiqəyə AXIN üzvü olan yaşı 18-35 arasında sənətşünaslar yalnız iştirak edə bilər. Müsabiqə 2 mərhələdən ibarət olunması gözlənilir. 

Müsabiqənin birinci mərhələsində sənətşünaslar münsiflər tərəfindən əvvəlcədən hazırlanmış mövzulardan birini seçərək iştirak edə bilərlər.

Məqalələr qiymətləndirilərkən müsabiqə mövzusuna uyğun ixtisaslaşmış, gənc alim və mütəxəssislər tərəfindən müsabiqə müddətində yazılmış orijinal məqalələrin təqdim edilməsi tələb olunur.

Müsabiqənin sonunda peşəkar sənətşünaslardan ibarət münsiflər heyyəti tərəfindən qalib olaraq seçilmiş ən yaxşı elmi işlərin aşağıdakı nominasiyalar üzrə diplom və pulla mükafatlandırılması nəzərdə tutulub:

1-ci yer: 300 manat 

2-ci yer: 200 manat 

3-cü yer: 100 manat  

Əlavə olaraq qalib olan hər bir məqalə “Mədəniyyət” jurnalının müxtəlif buraxılışlarında dərc edilməsi nəzərdə tutulur. Münsiflər heyyəti tərəfindən seçilən 10 məqalənin müəllifi diplomla təltif olunacaqdır.

Müsabiqəyə qəbul edilən məqalənin yazılma şərtlər:

  • Format: MS Word
  • Şrift: Arial
  • Şrift ölçüsü: 14
  • Sətirlər arasında interval:5
  • Mövzuya uyğun fotolardan istifadə 2 ədəd olmaq şərti ilə mümkündür
  • Sonda ədəbiyyat siyahisinin qeyd olunması tələb olunur.
  • Məqalə ən azı 1400 sözdən ibarət olmalıdır.
  • Məqalə üçün müəyyən edilmiş mövzulardan birini  ən çox 2 nəfər seçə bilər.

Müsabiqəyə qoşulmaq üçün iştirakçılar münsiflər heyyəti tərəfindən əvvəlcədən hazırlanmış mövzuları əldə etmək üçün Azərbaycan Dövlət Rəsm Qalereyasının “Whatsapp” nömrəsi(0777173337) ilə əlaqə saxlanması tələb olunur.Müsabiqə üçün yazılan məqaləni ad, soyad, ixtisas, çalışdığınız və yaxud təhsil aldığınız yerin adını qeyd etməklə qalereyanın mail adresinə ([email protected]) göndərməyiniz xahiş olunur. 

Məqalələrin son qəbul tarix 10 may 2020-ci il müəyyən edilmişdir.