ELANLAR

1464

“MƏNİM YAY TƏTİLİM-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunur

19.06.2020
“MƏNİM YAY TƏTİLİM-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunur

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində rəssamlıq istedadı olan məktəblilərin yay istirahətlərinin səmərəli keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə
“MƏNİM YAY TƏTİLİM-2020”
Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunur.

Qeydiyyat üçün www.xsm.az saytında tədbirlər bölümündəki “Mənim yay tətilim – 2020” və ya http://xsm.az/site/menimyaytetilim2020/ linkinə daxil olub 1 və ya 2 əsərinizin fotosunu daxil etməklə göstərilən anketi doldurmağınız tələb olunur.

• Qeydiyyat 2020-ci il oktyabr ayının 15-dək aparılacaq.
• Seçim iki yaş kateqoriyası üzrə keçiriləcək: 12 yaşa qədər, 12-17 yaş arası
• Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək.
• Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürüləcək.
• Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.
• Unutmayın ki, bu bir məşğuliyyət növüdür!
• I turdan keçmiş əsərlərin müəllifləri sərgidə nümayiş olunmaq üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaqdır.

• Müsabiqənin münsiflər heyyətinin seçimi ilə razı olmayanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan sonra 3 iş günü ərzində [email protected] adresinə müraciət edə bilərlər.
Təşkilat komitəsi münsiflər heyyətinin seçimi ilə razılaşmayan iddiaçılar üçün əvvəlcədən gün təyin edəcək, müəyyən zaman müddətində iddiaçı Xətai Sənət Mərkəzinə dəvət olunacaq və ona peşəkarların nəzarəti altında yeni rəsm çəkməklə öz bacarığını nümayiş etdirməyə imkan yaradılacaqdır.

Mükafatlandırma fondu
• Ən fəal 1 tədris müəssisəsinin kollektiv sərgisi
• Seçilmiş 10 əsərin müəlliflərinin qrup sərgisi

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Qeyd: Festivalın gündəliyi “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.

Mətbuat dəstəkçiləri: Azərtac, LiderTV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.