ELANLAR

1307

“Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” baş tutacaq

03.09.2020
“Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” baş tutacaq
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Artgift Azerbaijan'ın dəstəyi ilə 7 sentyabr saat 18:00-da “Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” keçiriləcəkdir.
“Azərbaycan Rəssamlarının Onlayn Satış Sərgisi” respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.
Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi və satışı nəzərdə tutulur.
Ekspozisiyada sənətkarların yaradıcılıq nümunələri, onların mənzərə, portret, natürmort, tarixi, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər öz əksini tapacaqdır.
Azərbaycan rəssamlarının onlayn satış sərgisi www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanacaq.