ELANLAR

1490

“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam İlham Məhərrəmoğlunun ustad dərsi keçiriləcək.

04.09.2020
“Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq Suluboya festivalı çərçivəsində rəssam İlham Məhərrəmoğlunun ustad dərsi keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq suluboya festivalı çərçivəsində ustad dərsininin növbəti qonağı rəssam İlham Məhərrəmoğludur.

Nəzərinizə çatdıraq ki, akvarel sevərlər ustad dərsini 11 sentyabr  saat 12:00-da Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi, instagram-@xetaisenetmerkezi) üzərindən canlı yayımla, daha sonra  Azərbaycan Dövlət Rəsm Qalereyası  www.azgallery.az və Xətai Sənət Mərkəzinin  www.xsm.az saytı vasitəsilə izləyə bilərlər.    

Xatırladaq ki, festival suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan yerli  və  xarici  rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə həyata keçirilir.