Ana səhifəElanlar sa sa 257
“İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcəkdir. Dek 07, 2017 | 18:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən “Qalereya 1969”-da 2017-ci il dekabr ayının 7-dən 12-dək “İRS. İslam həmrəyliyi incəsənətdə” adlı sərgi keçiriləcəkdir. 
Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2007-ci il tarixli Sərəncamına əsasən 2017-ci il Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilmişdir. Ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmaqla bərabər İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan mədəniyyəti və incəsənətində də dərin izlər buraxmışdır. 2017-ci ilin İslam Həmrəyliyi İlinin elan olanması ölkədə tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin, eləcədə milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verir.
İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi ilə dini memarlığın nümunələri olduğu kimi, Azərbaycan rəssamlarının 20-ci əsrdə yaratdıları nadir sənət inciləri də İslam mədəniyyətini özündə əks etdirən dünyəvi incəsənətin bariz nümunələridir. Sovetlər İttifaqı dönəmində və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə yaradılan, İslam dini təsəvvürlərini və mədəniyyətini əks etdirən təsviri sənət nümunələri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda xüsusi kolleksiya təşkil edir. 
Sərgi Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, Dövlət Rəsm Qalereyasında qorunub saxlanılan İslam Həmrəyliyini əks etdirən incəsənət əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunması məqsədi ilə həyata keçirilir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook