ELANLAR

1787

“Öncə Vətəndir” adlı onlayn foto-plakat sərgisi keçiriləcək

09.09.2020
“Öncə Vətəndir” adlı onlayn foto-plakat sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il sentyabr ayının 15-i saat 18:00-da “Öncə Vətəndir” adlı onlayn foto-plakat sərgisi keçiriləcəkdir.

Onlayn plakat sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliği işinə töhfə vermək,  Azərbaycanın əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin erməni qəsbkarlarından müdafiə və azad edə biləcək potensialda hərbi qüdrətə malik olduğunu bütün dünya ictimaiyyətinə göstərmək məqsədi ilə həyata keçirilir.   

Hərbi vətənpərvərlik mövzusunda təşkil edilən sərginin ekspozisiyası Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aidiyyəti arxivinə məxsus artilleriya silahlarının, döyüş sursatlarının, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillərdən,  rəssam Zaur Kantemirov və Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı tərəfindən hazırlanan plakatlardan ibarət olacaqdır.

Onlayn plakat sərgisi vasitəsilə hər zaman sülh və diplomatik danışqların tərəfadarı olan Azərbaycan əzəli torpağı Dağlıq Qarabağ və sərhəd bölgələrinin qorunması istiqamətində siyasi, diplomatik hətta hərbi üsullardan da istifadə edərək qorumağa hazır olduğunu bir daha nümayiş etdirəcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

Onlayn plakat sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (facebook, instagram) hesabları vasitəsilə izləmək mümkün olacaqdır.