ELANLAR

1847

Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyni adlı rəsm sərgisi açılacaq

22.09.2020
Telman Abbasovun  “Qəlbimin  palitrası” adlı kitabının təqdimatı və eyni adlı rəsm sərgisi açılacaq

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, rəssam, şair Telman Abbasovun “Qəlbimin palitrası” adlı kitabının təqdimatı və eyni adlı rəsm sərgisi 2020-ci il 6 oktyabr saat 12:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.
Tədbirdə rəssamın “Qəlbimin palitrası” adlı şeirlər kitabının təqdimatı ilə bərabər rəssamın əsərləri də sərgilənəcəkdir.
Nəzərinizə çatdıraq ki, məlum pandemiya səbəbindən sərgi-tədbirin müəyyən qaydalara əməl etməklə keçirilməsi nəzərdə tutulur.
Belə ki, tədbirə giriş qeydiyyatladır.
Tədbirdə iştriak etmək istəyənlər www.xsm.az saytında tədbirlər bölümünə daxil olub və ya birbaşa https://xsm.az/site/telmanabbasov/ linkində “Qəlbimin palitrası” afişasına toxunmaqla özü haqqında qısa məlumatı (ad, soyad, əlaqə nömrəsi və email adresi) yerləşdirməklə qeydiyyatdan keçə bilərlər.
Telman Abbasovun şeirlər kitabını müəllifin öz imzası ilə əldə etmək, rəssamın yaradıcılığı ilə daha yaxından tanış olmaq, həmçinin rəssamın bir əsərinə sahib olmaq üçün şans biletini əldə etmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.
Tədbirin keçirilməsi TƏBİB-in qərarlarına əsasən həyata açılacaqdır.
Sərgi 3 gün davam edəcəkdir.