ELANLAR

1275

Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədi ilə satış sərgisi keçirilir.

12.10.2020
Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədi ilə satış sərgisi keçirilir.

Əziz rəssamlarımız, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna dəstək məqsədi ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı və sizlərin dəstəyiniz ilə satış sərgisi təşkil olunacaqdır. Satışdan əldə olunan bütün vəsait  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Yardım Fonduna köçürülməsi nəzərdə tutulmuşdur.

Rəsm əsərlərinin qiyməti simvolik olaraq 50, 100, 150 AZN dəyərində qiymətləndiriləcək. Sərgidə iştirak etmək istəyən rəssamlar, xoş əhval ruhiyyə bəxş edən rəsmlərinizi (o cümlədən, Qarabağ və Qələbə əhval ruhiyyəsində yaratdığınız rəsm əsərlərini), bu rəsmlər və özünüz haqda məlumatları [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Rəsm əsərlərinin alıcıları əsərləri bu möhtəşəm günlərimizdən xatirə kimi öz divarlarından asacaq, ödəniş isə birbaşa Fonda ediləcəkdir.

Hər bir rəsm əsəri və rəssam haqqında məlumat, rəssamın ürək sözləri Artgift reyestrində qeydə alınacaq və yayımlanacaq.

BİRLİK VAXTIDIR!

Əlavə məlumat: 0777173337