ELANLAR

1261

“Digitalart-lab” layihəsinin növbəti mərhələsinə start verilir.

02.12.2020
“Digitalart-lab” layihəsinin növbəti mərhələsinə start verilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı layihəsinin ikinci mərhələsinə start verilir.

Layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.

“Digitalart-lab” adlı layihəsinin ilk mərhələsində Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərminə Qurbanzadə, Hənifə Musayeva, Aysel Nəcəfli, Sufi Səfərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Arzu Bəxtiyarova, Sara Qədimova, Qafarova İntizar, Şəlalə Salamzadə növbəti mərhələdə iştirak etmək üçün seçilmişlər.

2021-ci il mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ay  “Zoom” proqramı vasitəsilə istedadlı rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.Əlavə olaraq ayda bir dəfə fərqli qonaq rəssamlarla virtual görüş təşkil olunacaqdır.

“Digitalart-lab” adlı layihə ölkəmizdə incəsənətin bu innovativ sahəsində çalışan gənc, peşəkar və həvəskar rəssamlarla əməkdaşlıq etmək, onların digital yaradıcılıq üslublarını tanımaq və dəstək olmaq məqsədi daşıyır.

“Digitalart-lab” adlı layihəsi haqqında əlavə məlumatlar və yenilikləri dövr ərzində Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından izləmək mümkündür.