ELANLAR

1803

“İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılacaq.

07.12.2020
“İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi açılacaq.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il 14 dekabr saat 19:00-da “İRS. Respublikanın sərvəti. Ölkəmizin tarix səhifələri rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərlərində” adlı virtual sərgi keçiriləcəkdir.

Sərg milli incəsənətimizin nadir incilərinin geniş tamaşaçı auditoriyasına təqdim etmək, Azərbaycan təsviri sənətinin rəngkarlıq, qrafika və heykəltəraşlıq nümunələrinə yenidən diqqəti  artırmaq məqsədilə həyata keçirilir.   

Sərginin ekspozisiyasında Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda yer alan Böyükağa Mirzəzadə “Natürmort güllər”, Tahir Salahov “Küləkli Nardaran”, Nadir Əbdürrəhmanov “Xalça toxuyan”,  Rasim Babayev “Ailə”, Toğrul Nərimanbəyov “Görüş”, Maral Rəhmanzadə “Gözəl kəndimiz”, Altay Hacıyev “Qədim qab-qacaq seriyası.Səhənglər”, Xanlar Əhmədov “Yaralı əsgər”, Həyat Abdullayeva “Vəcihə Səmədovanın portreti”, Ömər Eldarov “Neftçilər”  və s. adlı qiymətli əsərləri yer alacaqdır.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edir.

Sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.