ELANLAR

1276

Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutacaq.

24.12.2020
Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutacaq.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2020-ci il 26 dekabr saat 20:00-da rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşü baş tutacaq.

“Digitalart-lab” adlı layihəsinin növbəti mərhələsinə seçilən Ariz Abbasov, Zəhraxanım Quluzadə, Həbibə Məmmədova, Nərmin Mahmudova, Nərminə Qurbanzadə, Hənifə Musayeva, Aysel Nəcəfli, Sufi Səfərli, Səbinə Abbasova, Nərgiz Xəlilzadə, Arzu Bəxtiyarova, Sara Qədimova, Qafarova İntizar, Şəlalə Salamzadə tanışlıq görüşündə iştirak edəcəklər.  

2021-ci il mart ayınadək davam etməsi nəzərdə tutulan layihədə iştirakçılar hər ay  “Zoom” proqramı vasitəsilə istedadlı rəssam Natiq Kamalın onlayn ustad dərslərinin iştirakçısı olacaqlar.

Rəssam Natiq Kamal ilə “Digitalart-lab” layihəsi iştirakçılarının tanışlıq görüşünü və iştirakçıların təqdimatını Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.