Ana səhifəElanlar sa sa 125
20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi keçiriləcək 20 Yanvar faciəsinə həsr olunmuş virtual sərgi keçiriləcək Yan 18, 2021 | 11:51

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 20 yanvar saat 18:00-da 20 Yanvar faciəsinə həsr olunmuş “Şanlı Tarix” adlı virtual sərgi keçiriləcək.  

Sərgi xalqımızın qəhrəmanlıq salnaməsi, milli məfkurəmizin oyanışı, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirən qəhrəmanların rəşadətini və faciələrinin real görüntüsünü nümayiş etdirmək məqsədilə həyata keçirilir.  

Virtual Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına məxsus Faiq Əhmədov, Əyyub Hüseynov, Rafael Muradov, Nazim Rəhmanovun 20 Yanvar faciəsinə həsr olunmuş əsərləri sərgilənəcək.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.   

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook