Ana səhifəElanlar sa sa 86
Rəssam Natiq Kamalın “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərsi baş tutacaq Rəssam Natiq Kamalın “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərsi baş tutacaq Fev 04, 2021 | 12:15

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 5 fevral saat 19:00-da rəssam Natiq Kamalın “Digitalart-lab” layihəsinin iştirakçıları üçün “Game promo-art” mövzusunda praktiki dərsi baş tutacaq.

“Game promo-art” video oyun inkişafını dəstəkləyən yaradıcı sənayənin  bir qolu sayılır. İnkişaf prosesindən əvvəl personajların, mühitin və obyektlərin üst-üstə düşənm şəkillərini hazırlayaraq prosesin gedişatını istiqamətləndirir. "Proqramlaşdırma sənəti" olaraq da bilinən konseptual dizaynların inkişafı vizual sənət mütəxəssisləri tərəfindən maraqla qarşılanır.

Layihənin iştirakçıları “zoom” proqramı vasitəsilə Azərbaycanda yeni inkişaf edən bu sahə və digital sənətin bir növü haqqıda istedadlı rəssam Natiq Kamalın onlayn praktiki dərsində məlumat əldə edəcəklər.

Rəssam Natiq Kamal tərəfindən keçiriləcək praktiki dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.  

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook