Ana səhifəElanlar sa sa 51
“Emalatxanada görüş” adlı layihənin yeni mərhələsinə start verilir. Yan 22, 2018 | 12:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 22 yanvar 2018-ci il tarixində “Emalatxanada görüş” adlı layihənin yeni mərhələsinə start verilir. 
Layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafını, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları ictimaiyyətə təqdim etmək məqsədi daşıyır.
Layihə Mədəniyyət və Turizm Nazirliyinin “Gənc rəssamlarla iş” konsepsiyasına uyğun şəkildə həyata keçirilir. Bir çox gənc rəssamların yaradıcılıq nailiyyəti haqqında ən yeni məlumatlar məhz bu layihə çərçivəsində geniş izləyici auditoriyasına təqdim olunacaq.
2 fevral gənclər gününə həsr edilmiş görüşlər gənc rəssamlar Orxan Qarayev Elvella və Xanlar Asadullayev emalatxanasında keçirilməsi nəzərdə tutulur. Rəssamların yaradıcılıqları haqqında məlumatları və video hesabatı layihənin eyni adlı bloq səhifəsində (emalatxanadagorush.wordpress.com) yayımlanması nəzərdə tutulur.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook