ELANLAR

1175

Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaq.

18.03.2021
Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və www.artgift.az saytının təşkilatçılığı ilə 2021-ci il 20 mart tarixində saat 20:00-da Novruz bayramı münasibətilə rəssamların onlayn satış-sərgisi təşkil olunacaqdır.

Sərgi gənc nəsil arasında Novruz bayramının ənənələrini yaşatmaq, rəssamların  yaradıcılıqlarını dəstəkləmək və stimullaşdırmaq məqsədilə keçiriləcəkdir.  

Azərbaycan xalqının maddi və mənəvi dəyərlərini özündə birləşdirən Novruz bayramı, tarixi qədimliyə və mədəni-mənəvi zənginliyə malikdir.

Xalqımızın milli adət-ənənələrini və ən nadir xüsusiyyətlərini özündə birləşdirən Novruz bayramına zaman-zaman Azərbaycan rəssamları da öz yaradıcılıqlarında yer vermiş və bədii dəyərə malik əsərlər yaratmışlar.  

Sərginin virtual ekspozisiyasında rəssamların milli adət-ənənələrimizi əhatə edən mövzularda qrafika, rəngkarlıq, dekorativ tətbiqi sənət və heykəltəraşlıq əsərləri nümayiş olunacaq.

Azərbaycan rəssamlarının onlayn satış sərgisi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi “Facebook” və “İnstagram” sosial şəbəkələri, eyni zamanda www.artgift.az incəsənət əsərlərinin satış portalı vasitəsilə yayımlanacaq.