ELANLAR

1214

“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçiriləcək.

22.03.2021
“Digitalart-lab” layihəsi çərçivəsində növbəti ustad dərsi keçiriləcək.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 26 mart tarixində saat 21:00-da “Digitalart-lab” layihəsi çərçivəsində rəssam Amil Quliyevin “Concept art” mövzusunda ustad dərsi baş tutacaq.

Ustad dərsi “Concept art” sahəsindəki yeniliklər, film və oyun sənayəsində istifadə edilən metodların tətbiqini göstərmək, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək. 

“Concept art” filmlər, video oyunlar, animasiya və komikslərdə fikri çatdırmaq üçün istifadə olunan bir illüstrasiya formasıdır.

Amil Quliyev 1990-cı ildə Gəncə şəhərində anadan olmuşdur. O, 2001-2005-ci illərdə Gəncə Uşaq Rəssamlıq Məktəbində rəssamlıq dərsləri almış, 2009-2013-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri sənət  fakültəsinin “Rəngkarlıq” ixtisasında bakalavr təhsili almışdır. O, 2013-cü ildən müstəqil yaradıcılıqla məşğuldur.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq.