ELANLAR

3038

“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi keçiriləcəkdir.

23.01.2018
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi keçiriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası , Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət İnformasiya Agentliyi - AZƏRTACın informasiya dəstəyi ilə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq məqsədi ilə “Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edir.

Müsabiqəyə qatılmaq istəyən iştirakçılar yaratdığı tablonun fotosu ilə bərabər
1. Ad və soyad
2. Təvəllüd
3. Əlaqə nömrəsi
4. Oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 2018-ci il fevral ayının 8-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.

1. facebook: Bakı Xətai Sənət Mərkəzi (https://www.facebook.com/xsm.art.az/)
2. Whatsapp: 00994513107401
3. Instagram: xetaisenetmerkezi
4. Email: xsm2016mail.ru
5. Az1025. Bakı şəhəri, Xocalı pr 62.
Müsabiqədə 15 yaşına qədər uşaqlar ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcəkdir. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək və uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını arzu edirik. 
Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər müsabiqınin yekun sərgisində nümayiş olunacaq. Sərgilənən işlərin müəllifləri diplomla, müsabiqədə fəal iştirak edən tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq. 
Müsabiqənin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcəkdir.