Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində rəssamlıq istedadına malik olan uşaqlar yeniyetmə və gənclərin yaradıcılıq duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq və ona yanaşma tərzinin təkmilləşdirmək, doğma el-obaya,Vətənə məhəbbət hisslərini artırmağa xidmət,həmçinin rəşadətli Azərbaycan əsgərinin Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı gəncliyə aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” IV RESPUBLİKA UŞAQ RƏSM FESTİVALIna start verilir və festival çərçivəsində müsabiqə elan olunur:
Yaşı 21-ə qədər olan hər kəs Bakı Xətai Sənət Mərkəzi facebook qrupunda (https://www.facebook.com/groups/144172178999749/?ref=share) 1 və ya 2 əsərinin fotosu ilə bərabər ad, soyad, təvəllüd, təhsil aldığı məktəb və əlaqə nömrəsini yerləşdirməklə 2021-ci ilin may ayının 2-dək müsabiqəyə qatıla bilər
Əsəri sərgidə nümayiş olunan müəlliflər diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq .
Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət olunacaq.
Festival iştirakçıları diplom və hədiyyələrlə mükafatlanfırılacaq.
Mükafatlandırma fondu:
16-21 yaş üçün
I yer – Artcreation yağlı boya dəsti (12x40ml)
II yer – Taxta molbert
III yer – Artcreation yağlı boya dəsti (24x12ml)
Həvəsləndirici mükafat 8 nəfər – Artcreation yağlı boya dəsti (8x12ml)
11-16 yaş arası
I yer – Taxta molbert
II yer – Artcreation akril dəsti (24x12ml)
III yer – Artcreation sulu boya dəsti (12x12ml)
Həvəsləndirici mükafat 8 nəfər – Artcreation akril dəsti (8x12ml)
11 yaşa qədər
I yer – Taxta molbert (balacalar üçün)
II yer – Akril dəsti (12x12ml)
III yer – Artcreation sulu boya dəsti (8x12ml)
Həvəsləndirici mükafat 8 nəfər – Artcreation sulu boya dəsti (6x10ml)
Qeyd: Tədbir “COVİD-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izoliasiya tədbirləri aradan qaldırılarsa adi qaydada, əks təqdirdə onlayn davam etdiriləcəkdir.
Mətbuat dəstəkçiləri: Azərtac, Lider TV, Olaylar, Mədəniyyət qəzeti, Edumap, Eduonline.az, Frame.az və Tanışolaq jurnalıdır.
Tədbiri dəstəkçisi Hollandiyanın boya markası olan “Royal&Talens” in Artcreation brendidir.