Ana səhifəElanlar sa sa 89
“Digitalart-lab” layihəsi çərçivəsində növbəti görüş Azərbaycanda animasiya sənətinə həsr olunacaq “Digitalart-lab” layihəsi çərçivəsində növbəti görüş Azərbaycanda animasiya sənətinə həsr olunacaq Apr 07, 2021 | 17:06

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2021-ci il 9 aprel tarixində saat 21:00-da animator, ''Azanfilm'' studiyasının direktoru Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi” mövzusunda ustad dərsi baş tutacaq.

Ustad dərsi Azərbaycanda animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək. 

Mansur Şəfiyev 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsində təhsil almışdır. O, 2015-2016-cı illərdə Niderland Krallığı, Avans Universitetində animasiya sahəsi üzrə magistr dərəcəsində təhsil almışdır.  Mansur Şəfiyev 2019-cu ildə ''Azanfilm'' studiyasının direktoru vəzifəsinə təyin olunmuşdur. O, 2016-2019-cu illərdən müxtəlif layihələrdə çalışmışdır.

Mansur Şəfiyev "Cırtdan və sehrli xalat 2-ci hissə" (2018), "Mənim balaca Şahzadəm" (2019) seriallarının animatoru, "Tıq-tıq xanım və dostları möcüzələr axtarışında" (2020) serialının, “Qobustan" filminin, hal-hazırda isə çəkilişi davam edən “Oğurlanmış Bahar” filmlərinin  prodüseridir. 

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq video materialdan izləmək mümkün olacaq. 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook