ELANLAR

1036

“Can Azərbaycan” yaradıclıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

26.04.2021
“Can Azərbaycan” yaradıclıq müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “İWS Azerbaijan” (İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə baş tutmuş “Can Azərbaycan” yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması və Xətai Akvarel Qalereyasının açılışı mərasimi 2021-ci il 27 aprel tarixində saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

“Can Azərbaycan” müsabiqəsinin yekun sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin sosial şəbəkədəki hesablarından izləmək mümkündür.