ELANLAR

3117

Gənc rəssam və sənətşünasların “2 fevral gənclər günü” münasibət ilə görüşü keçiriləcəkdir.

25.01.2018
Gənc rəssam və sənətşünasların “2 fevral gənclər günü” münasibət ilə görüşü keçiriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə gənc rəssam və sənətşünasların 1 fevral 2018-ci il tarixində “2 fevral gənclər günü” münasibət ilə görüşü keçiriləcəkdir. 
Təşkil edilən görüş gənclər arasında yeni ideyalar, layihələr və inkişafla bağlı təkliflərin müzakirə edilməsi və gənc rəssamların qarşılaşdığı problemlər və onların aradan qaldırılması üçün atıla biləcək müsbət addımların dəyərləndirilməsi məqsədi ilə həyata keçirilir. 
Xatırladaq ki, 2 fevral gənclər günü 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər.
Görüşə qatılmaq və öz düşüncələrini bizimlə bölüşmək istəyən (təqdimat və layihələrini) gənc rəssam və sənətşünaslar
1. Ad və soyad
2. təvəllüd
3. əlaqə nömrəsi 
4. mövzunun adı
barədə məlumatı 2018-cı il yanvar ayının 30-dək Azərbaycan Dövlət Rəsm Qalereyasının aşağıdakı ünvanlarından birinə göndərməlidir.
2. Əlaqə nömrəsi (012) 430 81 19
4. Email: [email protected]
Qeydiyyatdan keçmiş iştirakçılar 1 fevral 2018-ci il saat 12:00-da Muzey Mərkəzi Akt zalında keçiriləcək görüşə dəvət alacaq və mütəxəsisilərlə birlikdə öz fikirlərini bölüşmək şansını qazanacaqlar. 
Qeyd: Hazır layihənin təqdimatını keçirmək istəyənlər görüşdən öncə layihə ilə birlikdə Azərbaycan Dövlət Rəsm Qalereyasına (ünvan:Moskva prospekti 1D) yaxınlaşmalıdırlar.