ELANLAR

4165

"ŞƏHİD ŞƏHƏR" adlı uşaq rəsm sərgisi keçiriləcək

16.02.2017
"ŞƏHİD ŞƏHƏR" adlı uşaq rəsm sərgisi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət  Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və “Xətai” Sənət Mərkəzinin təşkilatçılığı ilə 24 fevral 2017-ci il tarixində, saat 15:00-da, “Xətai” Sənət Mərkəzində 26 fevral Xocalı soyqrımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid Şəhər” uşaq rəsm sərgisi keçiriləcəkdir.

Tədbirin əsas məqsədi Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, istedadlı uşaqların faciənin mahiyyətini necə təsəvvür etdiklərini rəsm əsərləri vasitəsi ilə nümayiş etdirməkdir.