ELANLAR

2002

Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.

29.07.2021
Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.

Azərbaycan Dövlət Rəsm Qalereyası və “Auction Baku” MMC şirkətinin təşkilatçılığı ilə Azərbaycanda incəsənət əsərlərinin növbəti auksionunun keçirilməsi planlaşdırılır.
Növbəti auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətliliyini gücləndirmək, ölkənin iqtisadi inkişafında yaradıcı sənayesinin rolunu artırmaq məqsədilə həyata keçiriləcək.
Xatırladaq ki, tədbir bütün dünyada geniş vüsət alan COVID-19 pandemiyasından sonra ölkəmizdə təşkil ediləcək ilk auksion olacaq.
“Auction Baku” MMC şirkəti Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivlərini nəzərə alaraq incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu keçirməkdə maraqlıdır.
Hərracda iştirak etmək istəyənlər oktyabr ayına qədər e-mail ünvanlarımıza müraciət sorğusu göndərərək qeydiyyatdan keçə bilərlər. İştirakçının necə almalı?, necə satmalı?, necə iştirak etməli? kimi suallarına cavablar elektron poçt ünvanına göndəriləcəkdir.
Almaq üçün- [email protected]
Satmaq üçün- [email protected]
Əlaqə nömrəsi- 077 717 33 37
Qeydiyyat bitdikdən sonra əsərlərə komissiya tərəfindən baxılacaq və hərraca qəbul edilən işlər müəyyənləşəcəkdir.
Auksionun keçirilmə tarixi haqqında əlavə məlumatlar veriləcəkdir.