ELANLAR

2844

“ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir.

15.02.2018
“ŞƏHİD ŞƏHƏR” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir.

                Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və Azərbaycan Dövlət  İnformasiya Agentliyi - AZƏRTACın informasiya dəstəyi ilə ŞƏHİD ŞƏHƏRadlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir.

       Müsabiqənin yekun sərgisi 23 fevral 2018-ci il saat 16:00-da  Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

      15 yaşa  qədər uşaq və yeniyetmələr arasında keçirilən müsabiqədə məqsəd Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaqdır.

      Müsabiqəyə 450-yə yaxın uşaq, 800-dən çox əsəri ilə qatılmışdır. Yekun sərgidə 170 uşağın, 180-ə yaxın işinin nümayişi nəzərdə tutulur.

Müsabiqədə Bakı, Sumqayıt, İsmayıllı, Balakən, Salyan, Astara, Masallı, Qazax, Xırdalan, Goranboy, Laçın, Xocalı, Abşeron, Şamaxı, Lənkəran, Ağdam, Qax, Hacqabul, Şəki, Xaçmaz, Mingəçevir bölgələrinin məktəbliləri, o cümlədən, Xocalı rayonu UGİM, Ağdam rayon  UGİM,  Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzi,  Balakən Rayon Humanitar və Texniki Təmayüllü lisey, 3 nömrəli UİM, Masallı Rayon Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Əsra Tədris Mərkəzi, Elif  Tədris Mərkəzi,  Maştağa Mədəniyyət Mərkəzi Rəsm Kursu, Goranboy Şəhər UİM, Zığ qəsəbə Mədəniyyət evinin rəssamlıq kursu, Hacıqabul UGİM, Lənkəran Şəhər Uşaq rəssamlıq məktəbi, Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyi, Lənkəran rayon S.Kazımbəyov adına 6 saylı məktəb, 5 nömrəli UİM, Balakən şəhəri UİM, Şəki şəhər UİM, Mingəçevir şəhər UGİM, Quba UGİM, Abşeron rayon UGİM, Gun art studiya, NigArt studiya, Kristal Tədris Psixologiya Mərkəzi, Sumqayıt şəhəri 2 saylı Bülbül adına UİM, Fikrət Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət məktəbi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.