ELANLAR

2337

Doğma vətənə məhəbbəti aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” adlı RESPUBLİKA UŞAQ RƏSM FESTIVALI keçirilir. Festival çərçivəsində müsabiqə elan olunur

28.03.2018
Doğma vətənə məhəbbəti aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” adlı RESPUBLİKA UŞAQ RƏSM FESTIVALI keçirilir. Festival çərçivəsində müsabiqə elan olunur

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Azərbaycan Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsasda doğma vətənə məhəbbəti aşılamaq məqsədi ilə “AZƏRBAYCANIM” adlı RESPUBLİKA UŞAQ RƏSM FESTIVALI keçirilir. Festival çərçivəsində müsabiqə elan olunur:
Müsabiqədə iştirak etmək istəyənlər yaşadığı bölgənin milli-mədəni və tarixi abidələrin, yerli mətbəx nümunələrinin, bölgəyə xas olan flora və faunanın, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimlərin, musiqi alətlərinin, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarının təsviri, o cümlədən, hərbi vətənpərvərlik mövzusu, qəhrəmanlıq obrazlarımızı tabloda əks etdirməlidirlər. İştirakçılar yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə 2018-ci il may ayının 5-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir. 
1. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)

2. whatsapp: 00994 51 310 74 01

3. instagram: xetaisenetmerkezi

4. email: [email protected]

5. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

•Müsabiqədə 15 yaşına qədər uşaq və yeniyetmələr ən çox 3 əsər təqdim etməklə iştirak edə bilər.
•Əsərlərdə uşaqların öz duyğu və düşüncələrini görmək istəyirik.
•Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və idea əsas götürüləcək.
•Uşaqların əl işlərinə kənar müdaxilənin (müəllimlərin, valideynlərin) olmamasını və yeni yaradılmış əsərlərin təqdim olunmasını arzu edirik.

•I turdan keçmiş əsərlər sərgilənmək üçün dəvət olunacaqdır. Sərgilənən işlərin müəllifləri diplomla təltif olunacaq və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq həmçinin sərgidən 30 əsər seçiləcək və həmin əsərlərin müəllifləri festivala dəvət olunacaq və və qaliblər mükafatlandırılacaq.
• Festivalın gündəliyi:
10.00 – Canlı rəsm çəkmək

11:30 – Furşet

12:00 – Muzeyə getmək

14:00 – Günorta yeməyi

15:30 –Musiqili mükafatlandırma mərasimi və festivalın bağlanışı

Mükafatlandırma fondu:
I yer – dəmir molbert və yağlı boya dəsti

II yer – taxta molbert və yağlı boya dəsti

III yer – akril dəsti

Həvəsləndirici - 10 nəfər

Əlavə mükafatlandırma nominasiyaları:

1. Maraqlı ideya – Dövlət Rəsm Qalereyası

2. Vətənin tərənnümü – Xətai Rayon İcra Hakimiyyəti

3. Mövzu seçimi – Rəssamlar İttifaqı

4. Rəng seçimi – Xətai Sənət Mərkəzi

5. Vətənpərvərlik mövzusu – Az Tv

•Bağlanış Xətai Sənət Mərkəzində keçiriləcək və festival iştirakçıları əlavə diplomla təltif olunacaq.
Sərginin açılışı 25 may 2018-ci il saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcəkdir.