Ana səhifəElanlar sa sa 250
Mingəçevir Dövlət Rəsm Qalereyasında "Məsum Simalar" adlı sərgi keçiriləcəkdir. Apr 17, 2018 | 11:00

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il aprel ayının 20-də saat 12:00-da Mingəçevir Dövlət Rəsm Qalereyasında "Məsum Simalar" adlı sərgi keçiriləcəkdir.
Təşkil edilən sərgi qlobal dünyada baş verən müharibələr fonunda uşaqlara qarşı qayğını artırmaq, uşaqları qorumaq, müdafiə etmək kimi bir çox dəyərləri formalaşdrımaq, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin bölgələrdə keçirdiyi səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülən təşəbbüslərin dəstəklənməsi məqsədi ilə həyata keçirilir. Təsadüfi deyil ki, Azərbaycanda uşaqlara xüsusi məhəbbət, münasibət vardır. Xalqımızın ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Rəssamlar Azərbaycan incəsənətində zaman-zaman uşaq mövzusuna müraciət etmiş, təsviri sənətin müxtəlif sahələrində bu səpkidə əsərlər işləmişlər. 
Sərgidə bir çox gənc və tanınmış rəssamın müxtəlif texnikada işlədiyi uşaq təsvirli məişət və portret janrında olan qrafika və rəngkarlıq əsərləri nümayiş olunacaq.

 
VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook