Ana səhifəElanlar sa sa 128
Əmək, istirahət və xəyallar sərgisi keçiriləcəkdir May 24, 2018 | 10:00

Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə
XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyi
Bayıl qəsəbəsi / Dövlət Bayrağı Meydanı
26 may 2018 – 6 yanvar 2019

YARAT Müasir İncəsənət Məkanı ilk dəfə olaraq XX-XXI əsrlər Azərbaycan rəngkarlığı Muzeyində, Azərbaycanın aparıcı rəssamlarının Mikayıl Abdullayev, Rasim Babayev, Səttar Bəhlulzadə, Gennadi Brijatyuk, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Cavad Mircavadov, Böyükağa Mirzəzadə, Əşrəf Murad, Toğrul Nərimanbəyov, Nadir Qasımov, Eldar Qurban, Maral Rəhmanzadə, Altay Sadıqzadə, Oqtay Sadıqzadə, Tahir Salahov, Xalidə Səfərova, Mahmud Tağıyev, Tağı Tağıyev, Fərhad Xəlilov və Qəyyur Yunusun əsərlərini təqdim edir.

Bu sərgidə Azərbaycanın sovet dövrünün təsviri incəsənətinin ən vacib mərhələsini müəyyən etmiş Azərbaycanın korifey rəssamlarının əsərləri nümayiş olunur. 1953-cü ildə İosif Stalinin ölümündən sonra, Sovet İttifaqını özünüifadə azadlığının yeni dalğası bürüdü və ilk olaraq bundan rəssamlar yararlandılar. Öz dövrlərinin birdən-birə iki mühüm sərgisinin (1956-cı ildə A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyində Pablo Pikassonun əsərlərinin nümayişi və 1958-ci ildə sovet auditoriyasına ilk dəfə abstraksionist-ekspressionist rəssamların əsərlərinin təqdim edildiyi Amerika Milli Sərgisi) təsirindən vəcdə gələn və ilhamlanan Azərbaycan rəssamlarının yeni nəsli, rəssamlıq sənətində yeni istiqamət qurmağa başladılar. Sosialist realizminin doqmatik göstərişlərindən kənara çıxmaqla, onlar öz fərdi, büsbütün tanınan və müəyyən edilən üslublarını, işləyib hazırladılar. Bu üslub, açıq tonların tətbiqinə görə unikal olmaqla yanaşı, obyektlərin əks etdirilməsinə görə cəsarətliliyi, yaxmaların qətiyyəti, impasto gücü və folklor elementlərinin istifadəsi ilə fərqlənirdi.

Belə ki, Tahir Salahov kimi aparıcı rəssamlar, xətlər ifadəliyinin və təsvirin emosionallığının təsirini artırmaq üçün, realizm texnikasını gücləndirib və məşhur "Sərt üslubu" formalaşdırdıqları halda, digərləri büsbütün realizmdən imtina etdilər. Cavad Mircavadovun arxasınca gedərək, rəssamlar rənglərin cəsarətli uyğunluğunu və həm forma, həm də məzmununa görə son dərəcə laylı texnika tətbiq etməyə başladılar. Mövcud vəziyyətlə bağlı öz narazılıqlarını ifadə etmək istəyən bu rəssamlar, birlikdə Abşeron koloristlər məktəbini yaradaraq, tez-tez öz əsərlərinə şərq simvolları və xalq nağılları dilindən istifadə etməklə, zəruri, dünyəvi motivləri daxil edirdilər. Digərləri isə, Böyükağa Mirzəzadə və Maral Rəhmanzadə, yeni aşkarlıq və tərəqqi dövrünü əks etdirməklə, ölkə həyatında dəyişikliklərin realist ötürülməsi ilə bağlı texnikalarını daha da səlisləşdirdilər.

Bəs bu qədər fərqli üslublar və dünya görüşləri arasında necə istiqamətlənmək olar? Səttar Bəhlulzadə və Toğrul Nərimanbəyov kimi fərqli rəssamları nə birləşdirir? Bu ekspozisiyada, "mülayim havası" dövrünün 1960-cı illərindən başlayaraq 1980-ci illərinin sonlarında baş verən yenidənqurmaya qədər davam edən müddətdə Azərbaycan rəssamlarını daha çox cəlb edən üç məşhur mövzu müşahidə olunur. "Əmək, istirahət və xəyallar" sərgisi, incəsənət vasitəsilə yenidən analiz edilmiş, yenidən mənalandırılmış və yenidən təsvir edilmiş sovet reallıqları ilə qurulmuş həyatı əks etdirir. Bu sərgi, XX əsrin Azərbaycan rəssamlığının əQızıl dövrünün" ustad rəssamlarının yaradıcılığının müzakirəsi, təhlili və qiymətləndirilməsinə yeni nəzər nöqtəsini təqdim edir. Bu, bir anlığa ustad rəssamların yaşadığı dünyaya səyahət etmək və onları cuşa gətirən düşüncələr və fantaziyaları görmək üçün dəvətdir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook