ELANLAR

2104

Öz əsərini Yarat

28.06.2018
Öz əsərini Yarat

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci ilin 28 iyun tarixində hər gün saat 10:00-dan 18:00-dək İçərişəhərdə yerləşən Arts Council incəsənət platformasında “Öz əsərini Yarat” adlı tədbir keçiriləcəkdir.
Aksiya xarekteri daşıyan tədbir Bakı şəhər sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaratmaq həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədi ilə həyata keçirilir. 
Tədbirin yekununda aksiyada böyük maraq doğuran, münsiflər heyəti tərəfindən seçilən rəsmlərdən ibarət sərgi keçirilməsi nəzərdə tutulur.