Ana səhifəElanlar sa sa 11
"Təcəssüm" İyl 07, 2018 | 11:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Retro Holding və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2018-ci il 7 iyul tarixində saat 11:00-da Xətai Sənət Mərkəzində “Təcəssüm (Kaat’ı Sənəti və Rəssamlıq)” çərçivəsində İnci Aksu, Nicat Muxtarlı və Aysel Günəşin fərdi sərgisi keçiriləcəkdir.
İnci Aksu 1973-cü il aprelin 25-də İzmir şəhərində anadan olmuşdur. O, 1999-ci ildə İzmir şəhəri “Əl Sənətləri” kursunda təhsil almış və Kaat’ı Sənəti dərslərini Ertuğrul Özkasnaklı’dan öyrənmişdir . İnci Aksu 7 ildir Kaat’ı Sənətini, İzmir şəhərində fərdi kursda tədris etməkdədir. Onun 2011-2017 illər ərzində 5 dəfə Fərdi Kursant Sərgiləri keçirilmişdir.
İnci Aksu ilk dəfə olaraq Bakıda Kaat’ı Sənətinin gözəlliklərini nümayiş etdirəcəkdir. 
Nicat Muxtarlı 1992-ci il mart ayının 22-də Bakı şəhərində anadan olmuşdur. O, 2001-2002-ci illərdə Pioner kursunda rəsm dərsi almışdır. Nicat Muxtarlı 2009-2013 illərdə Azərbaycan Dövlət Turizm İnstitutunda, 2014-2015-ci il ərzində İzmir Ekonomi Universitetində magistratura təhsili almış, 2016- ci ildən isə Azərbaycan Qərb Universitetində doktorantura təhsili alır. O, hal-hazırda rəsm ilə fərdi məşğul olmaqdadır, Bakıda və İzmir şəhərində bir çox sərgilərdə iştirak etmişdir.
Onun ilk fərdi sərgisi İzmir şəhərində daha sonra 2-ci fərdi sərgisi İzmir Dövlət Balçova Mədəniyyət Mərkəzində və 2017-ci ildə İnci Aksu ilə birlikdə fərdi sərgisi keçirilmişdir. 
Aysel Güneş 1983-cü il dekabr ayının 12-də Bakı şəhərində anadan olmuşdur. O, 36 sayli Musqisi Məktəbini bitirdikdən sonra (fortepiano üzrə), Asəf Zeynallı adına musiqi kollecinə qəbul olunmuşdur. Aysel Güneş 2000-2014 illər ərzində pianist, konsertmestr olaraq işləyir, 2000-2012 illər ərzində “Milli festivallara və tədbirlərə”, 2002-ci ildə “Morskovskiy Etüd”-də ifa etmişdir. O, 2016-cı ildən Kaat’ı Sənəti ilə məşğuldur.
Sərgiyə giriş sərbəstdir. 
Xətai Sənət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 62.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook