ELANLAR

2004

Paytaxtdan bölgələrə - Tələt Şıxaliyev

12.10.2018
Paytaxtdan bölgələrə - Tələt Şıxaliyev

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının, təşkilatçılığı ilə 12 oktyabr 2018-ci il tarixində anadan olmasının 90 illiyi münasibəti ilə Azərbaycanın Xalq rəssamı Tələt Şıxəliyevin əsərlərinin Göygöl rayonundakı H.Əliyev Mərkəzində təqdimatı keçiriləcəkdir.
Qeyd etmək lazımdır ki, ilk dəfə bu layihə 2015-ci ildə nazirliyin bölgələrdə milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi məqsədilə həyata keçirdiyi layihənin davamı olaraq təşkil edilib. 
Tələt Ağalar oğlu Şıxəliyev 1 may 1928-ci il Masallı rayonunun Digah kəndində anadan olmuşdur. O, 1951-ci ildə Azərbaycan Dövlət Rəsm Məktəbini, 1960-cı ildə Kiyev Dövlət Rəsm Akademiyasını bitirmişdir.
Tələt Şıxəliyev 1962-ci ildən dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə iştirak etmişdir. İlk fərdi sərgisi 1976-cı ildə Vəcihə Səmədova adına sərgi salonunda keçirilmişdir.
Rəssam 1972-ci ildə öz dəsti xəttini tapır, o palitrasında qızılı sarı və dinamik yaxmalardan (mazok) istifadə etmişdir. Rəssam yaradıcılığında portret janrına üstünlük vermişdir.
Onun ilk əsərlərindən “Güzgü ilə qız” (1968), “Qız qalası” (1971) rəsmlərini qeyd etmək olar.
Tələt Şıxəliyev “Yol” (1958), “Roza” (1969), “Natürmort” (1970), “Portret” (1971), “Brijatyuk” (1972), “Kəlin kəlləsi” (1973), “Qadın portreti” (1973), “Xoruz ilə oğlan” (1975), “Oğlumun portreti” (1976), “Analıq” (1976), “Həkimin qəbulunda” (1978), “Yelləncəkdə” (1978), “Gül ilə qız” (1980), “Şeydanın portreti” (1984), “Molla Nəsrəddinin Lətifələri” (1986), “Tütək çalan oğlan” (1986), “Avtoportret” (1974; 1985) və.s əsərlərin müəllifidir.
Tələt Şıxəliyev 1964-cü ildə Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvü seçilmiş, 1982-ci ildə isə "Əməkdar rəssam" fəxri adına layiq görülmüşdür.
Tələt Şıxəliyev 1987-ci ildə vəfat etmişdir.