ELANLAR

2626

“DOĞMA DİYAR” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi

19.12.2018
“DOĞMA DİYAR”  Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon   İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi,   Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə   “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “DOĞMA DİYAR”  Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 12 yaşa qədər uşaqlar və 12-17 yaş arası uşaqlar olmaqla iki gün 19 dekabr 2018 saat 16:00-da 20 dekabr saat 16:00-da     Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Uşaqlarda estetik zövqün formalaşması, onların bədii yaradıcılığının    stimullaşdırılması, ətraf mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsi, vətənə məhəbbət hisslərini aşılamaq məqsədi ilə  keçirilən müsabiqədə  17 yaşına qədər uşaqlar yaşadığı yerin (şəhərin, rayonun, kəndin) təbiət mənzərələrini, tarixi abidələrini,mətbəx nümunələrini, səciyyəvi geyim tərzini, qəhramanlarının  obrazlarını  və s. öz  duyğuları  ilə  tablolarında  əks  etdirmişlər.

Müsabiqədə 700 yaxın uşaq, 1800-ə qədər əsəri iştirak etmişdir. Münsiflər heyətinin seçimi ilə 12 yaşa qədər 165 uşağın 170 işi və 12-17 yaş arası 135 uşaq 140 işi sərgilənəcək.

 Sərgilənən işlərin müəllifləri diplomla,  fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.  Həmçinin sərgidə ayrı-ayrı təşkilatların  müxtəlif nominasiyalar üzrə diplomları təqdim olunacaq.

Ən yaxşı 20 əsər ilin sonunda Muzey mərkəzində keçiriləcək Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yekun tədbirdə təmsil olunacaq və o sərgidə təmsil olma diplomu alacaq.

Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Gəncə, Sumqayıt, Qax, Mingeçevir, Masallı, Göyçay, Lənkəran, Goranboy, Quba, Sabunçu, Salyan, Şəki, Balakən bölgələrin məktəbliləri, o cümlədən 1 Nömrəlı UGİM Təsviri Sənət Qalereyası, 3 Nömrəli UİM, 4 Nömrəli UİM, 5 Nömrəlı UİM, AN Tədris Mərkəzi, Art School By Rufane, Avropa Azərbaycan Məktəbi, Bileyen Tədris Mərkəzi, Ceyranbatan UİM, Gəncə şəhər UİM, Goranboy şəhər UİM, Göyərçın Rəsm Kursları, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, İncilər Tədris Mərkəzi, Kövsər Tədris Mərkəzi, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Mələk Art Studiya, Mingəçevir şəhər UGİM, Modern English Tədris Mərkəzi, Nigart Studiya, Nizami Gəncəvi adına Kitabxana Kulubu, Nur Art Studiya Pozitiv Kids Studio, Qax Rayon UGİM , Qax şəhər Heydər Əliyev Mərkəzi rəsm kursu Quba UGİM, Respublika UGİM, Salyan Rayon Heydər Əliyev Mərkəzi, Şəki şəhər UİM, Solnişko Mərkəzi, Sumqayıt şəhər Ə. Bakıxanov Adına UİM, Vəfa Art Studiya, Xətai Rayon Mədəniyyət Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi, Zığ Qəsəbəsi Mədəniyyət Evinin Rəssamlıq kursu və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.