Ana səhifəElanlar sa sa 102
"Yeni üfüqlər" adlı rəsm sərgisi keçiriləcək Dek 18, 2018 | 10:44

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Qazax Rayon İcra Hakimiyyəti, Qazax Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il dekabr ayının 18-də Qazax Dövlət Rəsm Qalereyasında "Yeni üfüqlər" adlı rəsm sərgisi keçiriləcəkdir.

Azərbaycan Dövlət Rəsm Qalereyası və Qazax Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş əsərlərdən ibarət sərgi Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılması məqsədilə həyata keçirilir.

Ekspozisiyada Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən Rafiq Mehdiyevin “Kənddə”, “Göl”, Məlik Ağabəyovun “Emalatxanada”, “Qızıl quşla ov”, Oqtay Şıxəliyevin “Kür çayı”, Nadir Qasımovun “Günbəzin altında”, Eldar Qurbanovun “Şəhərə gedən yol”, Rafayel Abbasovun “Sübh çağı”, Arif Əmirovun “Tonqal”, Əyyub Hüseynovun “Xəzər”, Yavuz Kərimovun “Albalılar”, Darvin Vəlibəyovun “Şahdağın fonunda güllər”  və digər rəssmların əsərlərinin sərgilənməsi nəzərdə tutulur.   

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook