Elanlar - ADRQ
Ana səhifəElanlar sa sa 281
“Azadlıq aşiqləri günü-20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi Yan 17, 2019 | 16:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı,   Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə azadlıq  mübarizəmizin   parlaq   səhifələrindən  olan  1990-cı  il  20 yanvar  hadisələri zamanı xalqımızın nümayiş etdirdiyi  əzmi və fədakarlığı bir daha unutdurmamaq məqsədi ilə   “Azadlıq aşiqləri günü-20 Yanvar” Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi 17 yanvar 2019-cu il saat  16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək.

Nəzərinizə çatdırırıq  ki, müsabiqəyə 400-ə yaxın uşaq, 700-ə qədər əsər təqdim  etmişdir. Sərgidə münsiflər heyətinin seçimi ilə 110 uşağın 120-yə qədər əsəri həmçinin, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı ilə 20-dən artıq yeniyetmə və gəncin qanlı yanvara aid əsəri,  o cümlədən, 20  yanvar  hadisələrinin canlı şahidi Əməkdar     rəssam Rəfael  Muradovun “Qara Yanvar”  əsəri   sərgilənəcək.

Sərgilənən işlərin müəllifləri diplomla, fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.

Müsabiqədə Bakı və Bakı ətrafı qəsəbələrdən, həmçinin, Masallı,Lənkəran,Sumqayıt, Quba, Qax, bölgələrin məktəbliləri, o cümlədən 1 Nömrəlı Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyası, 2 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi, 5 Nömrəli Uşaq İncəsənət Məktəbi, H.Abbasov adına Maştağa Mədəniyyət Mərkəzi rəsm Kursu, Lənkəran şəhər Uşaq Rəssamlıq məktəbi, Masallı r. Onbirillik İncəsənət Məktəbi Rəssamlıq Şöbəsi, Respublika Uşaq Gənclər İnkişaf Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, Zəngin Tədris Mərkəzi və başqa kollektivlər xüsusi fəallıq göstərmişlər.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook