ELANLAR

2370

“ŞƏHİD ŞƏHƏR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi keçiriləcək

21.02.2019
“ŞƏHİD ŞƏHƏR” adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi  keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək və qan yaddaşımıza əbədi həkk olunmuş soyqırımı hadisəsini unutdurmamaq, Xocalı faciəsi zamanı törədilmiş soyqırımı faktlarının təsviri sənət əsərləri vasitəsi ifadə etmək, zaman-zaman ölkəmizin müxtəlif şəhər və qəsəbələrində xalqımızın başına gətirilən faciələrin, genosid faktlarının bədii təcəssümünə nail olmaq, eyni zamanda xalqımızın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini nümayiş etdirmək və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə, “Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2019-cu il tarixli Sərəncamının mahiyyətinə uyğun olaraq ,17 yaşa qədər uşaqlar  arasında elan olunmuş  ŞƏHİD ŞƏHƏR adlı Respublika Uşaq Rəsm Müsabiqəsinin yekun sərgisi  21 fevral 2019-cu il saat  16:00-da Xətai Sənət Mərkəzində açılacaqdır.

Müsabiqədə 400-ə qədər uşaq  600-ə yaxın işi  ilə qatılmış və münsiflər heyəti tərəfindən 115 uşağın 130 işi o cümlədən, əməkdar rəssam Rafayel  Muradovun Xocalı faciəsinə həsr olunmuş əsərləri,  həmçinin,  rəssam  Cəlal  Ağayevin “Şəhid Şəhər” əsəri  Xətai Sənət Mərkəzində keçiriləcək sərgidə ilk dəfə nümayiş olunacaqdır.  

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif ediləcəklər.

      Sərgi  Xətai Sənət Mərkəzində  keçiriləcək  eyni zamanda  virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.