ELANLAR

1795

“YURDUMUZA BAHAR GƏLİR” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək

18.03.2019
“YURDUMUZA BAHAR GƏLİR”  adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi  keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gənc nəsildə milli adət-ənənələrimizə hörmət və ruzi bərəkət bayramımız olan Novruzun daha böyük anlamda dərk olunması və gələcək nəsilə ötürülməsi məqsədi ilə ənənəvi “YURDUMUZA BAHAR GƏLİR  adlı respublika uşaq rəsm müsabiqəsinin   birinci  turu  başa   çatmışdır.

Müsabiqənin yekun sərgisində 17 yaşa qədər 700 yaxın uşaq 18:00-dən  çox işi ilə müraciət etmiş və 12 yaşa qədər 140 uşaq 150 işi, həmçinin 12-17  yaş arası 130-ə  yaxın uşaq 140-a qədər işi ilə iştirak edəcək.

 Tədbirin açılışı iki gün ardıcıl olmaqla

12 yaşa qədər uşaqlar üçün 18 mart 2019-cu il saat 16:00-da,

12-17 yaş arası uşaqlar üçün 19 mart 2019-cu il saat 16:00-da

Xətai Sənət Mərkəzində keçiriləcəkdir.

Nümayiş olunan əsərlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)  təşəkkürnamə ilə təltif olunacaq və  seçilmiş  20 əsərin müəllifi "Azərbaycanım"Uşaq Rəsm Festivalına dəvət olunacaqdır.

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək eyni zamanda virtual olaraq Xətai Sənət Mərkəzinin facebook səhifəsinə yerləşdiriləcək.