Ana səhifəElanlar sa sa 209
“Neyroelm və memarlıq” adlı seminar keçiriləcək Mart 30, 2019 | 12:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyası, “NP BAKU Center”in  təşkilatçılığı ilə 2019-cu il mart ayının 30-da saat 12:00-da Muzey Mərkəzinin Akt zalında “Neyroelm və memarlıq” adlı seminar keçiriləcəkdir.  

Seminar neyroelm və memarlıq arasındakı əlaqələri kəşf etmək məqsədi ilə həyata keçirilir.    

Dünya neyroelm araşdırmaları göstərir ki, çevrəmizdə bizi əhatə edən bütün yaradıcılığımız, duyğu  və davranışlarımız modellərimizdə özünü əks etdirir.

İnsan beyninin quruluşu və yaradıcılığı ilə bağlı anlayışlarımız hələ də formalaşma mərhələsindədir. Yaradıcılığın mövhumatdan kənar, sərbəst xarakteri haqqında mövcud nəzəriyyələr, beyni təsvir edilə bilməyən, tərifə gəlməz tədqiqat obyekti kimi nümayiş etdirir.     

İnsan beyni bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb qurğu kimi nəzərdən keçirilir. Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin edilir və beləcə Neyro Memarlıq xüsusi yer alır.

 “Neyroelm və memarlıq” adlı seminarda toxunulacaq əsas mövzular:

  • Memarlıq və beyin neyronları ilə  fəliyyətin əlaqəsi
  • Rənglər və həndəsi  obyektlərin  beyində əksi

Seminar “NP BAKU Center”in  rəhbəri, Türk-Amerikan Neuropsixiatriya Birliyinin üzvü Nurana Kazımova tərəfindən keçiriləcəkdir.   

Seminarda gənc rəssamlar,dizaynerlər, memarlar, sənətşünaslar, muzey və qalereya işçiləri iştirak edə bilərlər. Seminara giriş sərbəstdir. Media nümayəndələri dəvətlidir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook