Elanlar - ADRQ
Ana səhifəElanlar sa sa 264
Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcək Apr 12, 2019 | 16:00

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il aprel ayının12-də saat 16:00-da Muzey Mərkəzində Münəvvər Rzayevanın 90 illik yubileyi keçiriləcəkdir.

Tədbir Azərbaycanın görkəmli qadın rəssamı və ilk monumentalçı heykəltəraş Münəvvər Rzayevanın xatirəsini yad etmək, yaradıcılığına olan marağı artırmaq və daha geniş auditoriyaya yayılmasına təkan vermək məqsədi ilə həyata keçirilir.  

Rzayeva Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Bakıda anadan olmuşdur. O, 1946-1950-ci illərdə Ə.Əzimzadə adına adına rəssamlıq məktəbini, 1950-1956-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının “Heykəltəraşlıq” fakültəsində təhsil almışdır.

O, əsasən psixoloji portret ustası kimi tanınır. Münəvvər Rzayeva heykəllərini əsasən qranit, mərmər, bürünc və ağac materiallarından hazırlamışdır.

Heykəltəraş tanınmış sənət adamlarının, dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəl, büst  barelyeflərini işləmişdir.  Münəvvər Rzayevanın heykəllərində hər bir detal obrazın ümumi ideyasının açılmasında mühüm rol oynayır. Onun işlədiyi Nigar Rəfibəylinin (Gəncə, bürünc, 1998, Fəxrəddin Əliyevlə birgə), Sergey Yeseninin (Mərdəkandakı muzeyində), Məhsəti Gəncəvinin (Ədəbiyyat muzeyində) heykəlləri öz emosionallığı ilə fərqlənir.

Münəvvər Rzayev Bakıda və Azərbaycanın digər bölgələrində qoyulmuş yüzə yaxın heykəl və büstün müəllifidir. Bakıdakı heykəllərdən Sevil Qazıyevın barelyefini (bürünc, 1969), Mikayıl Müşfiqin (qırmızı qranit, 1970), Ayna Sultanovanın (1986), Nizami adına Ədəbiyyat muzeyində Bəhmənyarın (mərmər), Nəsiminin (ağac) heykəllərini qeyd etmək olar. Münəvvər Rzayevanın sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3763 m hündürlüyündəki “Heydər Zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefi olmuşdur (barelyefin uzunluğu 82 sm, eni 59 sm).

Rəssam 1958-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi.  Münəvvər Rzayeva  Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, Nizami adına Ədəbiyyat muzeyində bərpaçı heykəltaraş-rəssam kimi də fəaliyyət göstərmişdir. Münəvvər Rzayeva 1997-ci il də Azərbaycan Respublikasının Əməkdar rəssamı fəxri adına layiq görülmüşdür. 

Münəvvər Rzayeva 6 iyun 2004-cü ildə Bakıda vəfat etmişdir.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Münəvvər Rzayevanın həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat  keçiriləcək.

Tədbirə giriş sərbəstdir. Media nümayyəndələri dəvətlidir. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook