ELANLAR

1700

Azərbaycan Rəssamlarının Respublika Satış Sərgisi

10.05.2019
Azərbaycan Rəssamlarının Respublika Satış Sərgisi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə 2019-cu il iyun ayının 17-dən iyul ayının 17-dək Bakı Ekspo Mərkəzində Azərbaycan rəssamlarının satış sərgisi keçiriləcəkdir. Sərgidə iştirak etmək istəyən professional rəssamların seçilmiş iki yaradıcılıq əsərinin fotosunu, ölçülərini, icra texnikası və adını qeyd etməklə aşağıdakı whatsapp nömrəsinə (077 717 33 37) cari ilin may ayının 10-dək göndərməli xahiş olunur. Əsərlərə təşkilat komitəsi tərəfindən baxılaraq seçiləcək.