Elanlar - ADRQ
Ana səhifəElanlar sa sa 240
“MƏNİM ŞAMAXIM ” adlı rəsm müsabiqəsinin yekun sərgisi keçiriləcək May 14, 2019 | 11:00

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə 2019-cu il ölkəmizdə “Nəsimi İli” elan olunmuşdur. Dahi şairimiz Nəsimi irsinin təbliği, Şamaxı rayonunun sakinləri arasında incəsənətə marağın artırılması, rayonun mədəni həyatının tədbirlərlə zənginləşdirilməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, həmçinin vətənəpərvərlik və doğma yurda məhəbbət hissinin aşılanması, milli adət-ənənələrin təbliği, uşaq və yeniyetmələrin estetik və bədii dünyagörüşünün formalaşdırılması,istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi, İsmayıllı Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası və  Xətai  Sənət Mərkəzinin təşkilatçılığı ilə “Nəsimi İli” çərçivəsində Şamaxı rayonunun sakinləri olan uşaqlar, yeniyetmələr və gənclər arasında “MƏNİM ŞAMAXIM ” adlı rəsm müsabiqəsi elan olunmuşdur. Müsabiqəyə  Şamaxı  rayonunun   70-ə  yaxın uşaq, yeniyetmə və gənci  qatılmışdır.

Müsabiqədə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzi, Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzi, Şamaxı rayon Məlikçobanlı kəndi tam orta məktəbi, Şamaxı Humanitar Kolleci, Samaxı rayon Mədrəsə qəsəbə tam orta məktəbi, Şamaxı rayon Qurdtəpə kəndi, Şamaxı rayon Həmyəli kənd tam orta məktəbi, Şamaxı 1 saylı  orta məktəbi, Samaxı rayon Qonaqkənd tam orta məktəbi, Şamaxı rayon Məlhəm kənd tam orta məktəbi, Şamaxı M.Hadi adına tam orta məktəbi, Şamaxı rayonu Avaxıl kənd məktəbi daha cox fəallıq  göstərmişdilər.

İştirakçılar əsərlərində əsasən Şamaxının dahi  şəxsiyyətlərini, əsasən də Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin obrazını, tarixi  abidələrini, sənət  nümunələrini, müxtəlif peşə  sahiblərinin (sağıcı, xalçaçı, çoban, üzümçü,sürücü və s.) obrazlarını təsvir  etmişdilər.

Sərgi  14  may  2019-cu  il  saat  11-də  Şamaxı  şəhəri   Heydər  Əliyev  parkında  açılacaq. Tədbirdə həmçinin Əməkdar rəssam Natiq Səfərovun  ustad  dərsi, Şamaxı   rayon  uşaq   musiqi  kollektivlərinin  konsert  proqramı   nəzərdə  tutulmuşdur.

Sərgidə nümayiş üçün seçilən işlərin müəllifləri diplomla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq və seçilmiş  20  əsərin müəllifi "Azərbaycanım" Uşaq Rəsm Festivalı çərçivəsində keçiriləcək  müsabiqəyə dəvət  olunacaqdır.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook