ELANLAR

1718

“Səfəvi tariximiz”adlı rəsm sərgisi təşkil edilir.

31.10.2019
“Səfəvi tariximiz”adlı rəsm sərgisi təşkil edilir.

ASAN xidmətin ASAN Könüllülük Məktəbi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə,  Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon Gənclər və İdman İdarəsi və “Məktəblinin Dostu” layihəsinin dəstəyi ilə Səfəvilər dövlətinin tarix və mədəniyyətinin təbliği, rəssamlar arasında milli ruh və milli mövzuda yeni əsərlərin yaradılmasını stimullaşdırmaq, gənclər arasında vətənpərvərlik hislərini gücləndirmək, istedadlı uşaq və gənclərin üzə çıxarılması məqsədilə

“Səfəvi tariximiz”adlı rəsm sərgisi təşkil edilir.

Rəsm əsərlərinin qəbulu 2019-cu il noyabrın 10-dək Xətai Sənət Mərkəzində və 2 saylı Bakı “ASAN xidmət” mərkəzində həyata keçiriləcək.

 

Sərgidə iştirak etmək istəyənlərə tövsiyyə olunan mövzular:

  • Səfəvilər dövlətinin rəmzləri;
  • Səfəvilər dövründə yaşamış dövlət və ictimai xadimlərin, həmçinin, qəhrəmanların obraz təsviri;
  • Səfəvilər dövlətinin iştirak etdiyi döyüşlərin təsviri (hərbi mövzu);
  • Səfəvilər dövrünə aid hərbi sursat, təsərrüfat, sənətkarlıq və musiqi alətləri;
  • Səfəvilər dövlətinin ordu üzvlərinin geyimlərinin təsviri;
  • Səfəvilər dövləti ərazisində yerləşən tarixi abidələr, minik və yükdaşıma vasitələrinin təsviri;
  • Bu dövr üçün xarakterik olan qədim əşya və geyimlərin təsviri;
  • Səfəvilər dövrünə aid müxtəlif peşə sahiblərinin(dəmirçi, nalbənd, papaqçı, mehtər, çoban, dulusçu və s.) təsviri;
  • Şah İsmayıl Xətainin şeirlərinə çəkilmiş illustrasiyalar.

 

  • Yaş həddi yoxdur.
  • Əsərlər müxtəlif texnikalarda ola bilər.
  • Ölçü sərbəstdir (minimum A3 ölçüdə olmalıdır)

Nümayiş olunan əsərlərin müəllifləri təşəkkürnamə ilə təltif ediləcəklər.

 

Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

                

E-mail: [email protected] / [email protected]

Əlaqə nömrəsi:       0124447444 / 0704080077 / 0513201903

0124908453 / 0513107401 – whatsapp

 

Ünvan: AZ1025, Bakı şəh., Nobel prospekti 23 (2 saylı Bakı “ASAN xidmət” mərkəzi)

  AZ1025, Bakı şəh., Xocalı pr. 62 ( Bakı Xətai Sənət Mərkəzi)