Ana səhifəElanlar sa sa 818
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək Noy 12, 2019 | 16:28

2019-cu il noyabr ayının 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaqdır.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq. 

Həmçinin UNESCO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi (2017) haqda filmin təqdimatı təşkil olunacaq, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcəkdir.  

“Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində  keçiriləcək sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda təşkil olunacaqdır.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.

Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.

 

"Alüminium"  VI  Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin proqramı

 

20 Noyabr

Çərşənbə

 

11.00 –  Ekspozisiyaların açılışı və layihələrin təqdimatı. Şirvanşahlar Sarayı, Müasir İncəsənət Mərkəzi

15.30 –  “Qalereya 1969”. Həmid Əminifarın fərdi sərgisi, İran

17.00 – Layihənin təqdimatı və ekspozisiyanın açılışı. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu.

19.00 – Performans. Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

 

21 Noyabr

Cümə axşamı

 

11.00 – Mətbuat konfransı . Muzey Mərkəzi. Konfrans Zalı

12.00 – Biennalenin açılışı. Rəsmi mərasim. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

15.00-17.00 – Layihənin təqdimatı. “Qala” Dövlət Etnoqrafiya Qoruğu. Performans. Zaira Nadirashvili, Gürcüstan.

18.00-19.00 – Performans.Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

 

22 Noyabr

Cümə

 

10.00-13.00 – Layihələrin təqdimatı. Şirvanşahlar Sarayı, Müasir İncəsənət Mərkəzi.

15.30-18.00 – Layihələrin təqdimatı. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu. Muzey Mərkəzinin Sərgi Qalereyası.

18.00 - Performans.Gisela Weimann. Almaniya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Dəyirmi salon.

 

23 Noyabr

Şənbə

 

10.00-13.00 – Layihənin təqdimatı. “Qala” Dövlət Etnoqrafiya Qoruğu. Performans: Elene Rakviaşvili, Gürcüstan. Vüsal Rəhim, Azərbaycan.

16.30-17.00 – Layihənin təqdimatı.  Muzey Mərkəzinin Sərgi Qalereyası

17.00 –  Birinci Antarktida Biennalesində filminin təqdimatı, 2017. Kurator- A.İvanova-Yohanson, Rusiya. Muzey Mərkəzinin Sərgi Qalereyası. Konfrans zalı.

 

24 Noyabr

Bazar günü

 

10.00-13.00 – Palçıq vulkanlarının ərazisinə səfər.

16.00 – "Leyli və Məcnun" tamaşasına  səfər. Bakı Marionet Teatrı.

 

25 Noyabr

  Bazar ertəsi

 

10.00-13.00 – Biennali iştirakçılarının konfransı "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər". Muzey Mərkəzi. Konfrans zalı.

15.30-19.00 – Biennali iştirakçılarının konfransı "Müasir incəsənət bu gün: nailiyyətlər, problemlər, perspektivlər". Muzey Mərkəzi. Konfrans zalı.

19.00 – Biennalinin bağlanışı.

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook