Ana səhifəTəsviri sənətin janrları sa sa

İncəsənət əsərləri müxətlif janrlara bölünür:
1. Tematik tablo janrı- Bu janrda mövzu əsasən dini rəvayətlərdən, yaxud tarixi hadisələrdən və eləcə də məişət səhnələrindən götürülür.Tarixi janrda işləyən rəssamlar ya yunan və Qədim Şərq rəvayətlərini, ya dini mövzuları, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər. Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir və yaxud izdiham və böyük xalq kütlələri obrazı yaradır 
2. Batal janrı- bu mövzuya hərb səhnələrini təsvir edən və müharibə təsvirləri olan əsərlər aiddir.Bəzən onu tarixi janr və ya müharibə janrı da deyilir.Batal janrda işləyən rəssamlar ya yunan və Qədim Şərq rəvayətlərini, ya dini mövzuları, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər.Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir və yaxud izdiham və böyük xalq kütlələri obrazı yaradır 
 
3.Mənzərə janrı- Ən qədim zamanlardan rəssamlar təbiət təsvirinə böyük maraq göstərmişlər.Bu cür əsərləri sənətşünaslar ayrıca bir janr kimi fərqləndirmişlər və adına mənzərə janrı demişlər,bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir.Mənzərə əsərləri mövzu etibarilə müxtəlif olur; məsələn: təbiətin müxtəlif guşələrinin – dağ, dərə, çay meşə, çəmən, səhra və sairin təsviri; və ya təbiət hadisələrinin – tufan, ildırım, yağış, qar və sairin təsviri; eləcə də iqlim və landşaftların təsviri; nəhayət – şəhər və ya sənaye mənzərələrinin təsviri. Bu bölgünü, bu siyahını, bəlkə, uzatmaq da olar. Yəqin bunu da bilmək maraqlıdır ki, dəniz mənzərələrinə həsr olunmuş əsərlərə marina, onları çəkən rəssamlara isə marinist deyirlər. Məsələn, çay plantasiyası, üzüm tarlası, pambıq sahəsi, taxıl sahəsi və s. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssam Ayvazovski, Surikov, Repin. 
5.Məişət janrı- Məişət janrı sənətkarın konkret müşahidələrinə əsaslanır,xalqın gündəlik yaşayış tərzi, onların həyatı haqqında məlumat verir. XVII əsr Hollandiya rəssamlarından bir çoxu məişət janrında fəaliyyət göstərmişdir Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı mühüm yer tutur.Onun “Kosa-kosa”, “Kəndirbaz”, “Varlı evində toy”, “Kasıb evində toy” kimi əsərlərində Azərbaycan xalqının adət-ənənələri, məişəti dolğun əksini tapmışdır.Ə.Əzimzadə həm də Azərbaycanın karikaturçu rəssamı olmuşdur.M.Ə. Sabirin bütün əsərlərinə illüstrasiyalar işləmişdir. 
6.Portret janrı- Portret janrında çəkilmiş əsərlərdə konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə riayət olunmalıdır. Və əsl istedadlı rəssam konkret adamın təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışır.  
7.Natürmort janrı- Natürmort fransızca “cansız təbiət” deməkdir. Bu janra daxil olan əsərlərin mövzusunu müxtəlif predmetlər: məişətdə işlənən əşyalar, evi bəzəyən qablar, gül dəstələri, meyvə, səbzəvat, ovlanmış quşlar və s. təşkil edir. Bu janrda da əsl rəssam dövrünün ruhunu, öz hiss və duyğularını çox gözəl ifadə edə bilər.

 

 

 

 

 

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook