Təsviri sənətin janrları

İncəsənət əsərləri müxətlif janrlara bölünür:
1. Tematik tablo janrı- Bu janrda mövzu əsasən dini rəvayətlərdən, yaxud tarixi hadisələrdən və eləcə də məişət səhnələrindən götürülür.Tarixi janrda işləyən rəssamlar ya yunan və Qədim Şərq rəvayətlərini, ya dini mövzuları, ya da qədim və müasir tarixi hadisələri əks etdirirlər. Rəssam bəzən qəhrəmanını ümumiləşdirilmiş bir obraz şəklində verir və yaxud izdiham və böyük xalq kütlələri obrazı yaradır 
2. Batal janrıBatal janrında döyüş səhnələri təsvir olunur, xalq kütlələrinin, qəhrəmanların, sərkərdələrin və başqa tarixi simaların şücaət və qələbələri tərənnüm edilir. Bu janrda əsərlər yaradan rəssam batalist adlanır. Batal janrı rəssamdan təkcə müharibə və ya döyüşü təsvir etmək bacarığı deyil, həm də tarixi həqiqətləri, müxtəlif dövrlərə aid hərbi texnikanı, təbiəti və döyüş heyvanlarını təsvir etmək qabiliyyətinə dair ustalıq tələb edir. Batal janrı Azərbaycan təsviri sənətində də mühüm yer tutur. Orta əsr Azərbaycan kitab miniatürlərində XVIII əsr Şəki xanları sarayının divar rəsmləri arasında döyüş səhnələrinə təsadüf olunur. Tahir Salahovun "416-cı diviziya döyüşdə", N. Vidadinin "Böyük Vətən müharibəsi" və s. Batal janrında yaradılmış əsərlər diqqətəlayiq sənət nümunələridir.
3.Mənzərə janrı- Ən qədim zamanlardan rəssamlar təbiət təsvirinə böyük maraq göstərmişlər.Bu cür əsərləri sənətşünaslar ayrıca bir janr kimi fərqləndirmişlər və adına mənzərə janrı demişlər,bura təbiətin müxtəlif guşələrindən götürülmüş dağ, dərə, çəmən, çay, müşə, təbiət hadisələrindən götürülmüş tufan,ildırım, yağış, qar, iqlim landşaftlarından götürülmüş təsvirlər aiddir. Mənzərə əsərləri mövzu etibarilə müxtəlif olur; məsələn: təbiətin müxtəlif guşələrinin – dağ, dərə, çay meşə, çəmən, səhra və sairin təsviri; və ya təbiət hadisələrinin – tufan, ildırım, yağış, qar və sairin təsviri; eləcə də iqlim və landşaftların təsviri; nəhayət – şəhər və ya sənaye mənzərələrinin təsviri. Bu bölgünü, bu siyahını, bəlkə, uzatmaq da olar. Buna da qüyd etmək lazımdır ki, dəniz təsvirləri olan əsərlər marina, onu işləyən rəssamlar isə marinist adlanır. Dəniz təsvirləri işləyən ən məşhur rəssamlar Ayvazovski, Surikov, Repin. 
5.Məişət janrı- Məişət janrı sənətkarın konkret müşahidələrinə əsaslanır,xalqın gündəlik yaşayış tərzi, onların həyatı haqqında məlumat verir. XVII əsr Hollandiya rəssamlarından bir çoxu məişət janrında fəaliyyət göstərmişdir Görkəmli Azərbaycan rəssamı Əzim Əzimzadənin yaradıcılığında məişət janrı mühüm yer tutur.Onun “Kosa-kosa”, “Kəndirbaz”, “Varlı evində toy”, “Kasıb evində toy” kimi əsərlərində Azərbaycan xalqının adət-ənənələri, məişəti dolğun əksini tapmışdır. Ə.Əzimzadə həm də Azərbaycanın karikaturçı rəssamı olmuşdur. O, M.Ə. Sabirin bütün əsərlərinə illüstrasiyalar işləmişdir. 
6.Portret janrı- Portret janrında çəkilmiş əsərlərdə konkret şəxslərin zahiri oxşayışı və fərdi cizgiləri məsələsinə riayət olunmalıdır. Bu əsərlərin məqsədi insanın görünüşünü, şəxsiyyətini və ruh halını əks etdirməkdir. Əsl istedadlı rəssam konkret adamın təsviri vasitəsilə müasirlərinin ən səciyyəvi xüsusiyyətlərini ümumiləşdirməyə çalışmalıdır.  
7.Natürmort janrı- Natürmort fransızca “cansız təbiət” deməkdir. Bu janra daxil olan əsərlərin mövzusunu müxtəlif predmetlər: məişətdə işlənən əşyalar, evi bəzəyən qablar, gül dəstələri, meyvə, səbzəvat, ovlanmış quşlar və s. təşkil edir.  Rəssam bu janra müraciət etməklə dövrünün ruhunu, öz hiss və duyğularını çox gözəl ifadə edə bilər.