Fevralın 10-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam Nağdəli Xəlilovun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi açılıb - Xəbərlər - ADRQ
sa sa 834
Fevralın 10-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam Nağdəli Xəlilovun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi açılıb + Foto Fev 15, 2017 | 12:54 / Yubileylər

Fevralın 10-da Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış rəssam Nağdəli Xəlilovun sənət əsərlərindən ibarət yaradıcılıq sərgisi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və rəssamın sənət dostları N.Xəlilovun həyat və yaradıcılığından söhbət açıblar.

Bildirilib ki, Nağdəli Xəlilov Azərbaycanın tanınmış rəngkarlarındandır. Fəaliyyət göstərdiyi illər ərzində boyakarlıq janrında özünəməxsus üslubda çox gözəl əsərlər yaradıb. Bütün janrlarda fırçasını sınayan rəssam hər bir əsərini kövrək, həssas qəlbinin hökmü ilə yaradaraq tamaşaçıya təqdim edir. Onun natürmort və mənzərə janrında olan əsərlərində özünəməxsusluq, sənətkarın nəyə qadir olduğu aydın nəzərə çarpır.

Diqqətə çatdırılıb ki, N.Xəlilov uzaq–yaxın tariximizi əhatə edən “Qurtuluş ağacı”, “Dinin əsasları”, “İlk İslam Akademiyası”, “Adəm və Həvva”, “Kəbə”, “Hicrət”, “İlk İslam həmrəyliyi” və digər əsərləri ilə əbədi–mənəvi dəyərlərimizi təbliğ etməklə yanaşı, dinimizi, dilimizi yaşadan şəxsiyyətlərin ömür yoluna da işıq salır. Bir çox əsərlərində rəssam İslam dininin aşıladığı müsbət insani keyfiyyətləri bədiiləşdirərək obrazlı şəkildə tamaşaçıya təqdim edir.

Rəssamın dünyanın bir sıra şəhərlərində fərdi sərgilərinin açılması və əsərlərinin böyük maraqla qarşılanması barədə də ətraflı məlumatlar verilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Rəssamın yaratdığı əsərlərdə həyat realizminin qaynaqlarının bədii məcmusu aydın nəzərə çarpır. Eyni zamanda, rəssam ifadəli poza, jest vasitəsilə çəkdiyi portretlərdə rəsmin kompozisiyasının olduqca ifadəli və lakonik olmasına xüsusi diqqət yetirir. Nəsrəddin Tusi, Cəlaləddin Rumi, Şəhriyar, Xəstə Qasım, Füzuli, Mir Möhsün Nəvvab kimi müxtəlif dövrlərdə yaşamış şəxsiyyətlərin portretləri onun incə duyumlu portret ustası olduğundan xəbər verir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook