İncəsənət əsərlərinin növbəti auksionu üçün qeydiyyat davam edir - Xəbərlər - ADRQ
sa sa 168
İncəsənət əsərlərinin növbəti auksionu üçün qeydiyyat davam edir Okt 18, 2019 | 14:47 / Mühüm hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçiriləcəkdir.

Auksion Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin patronajlığı altında Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Tədbirdə əntiq əşyaların, qədim mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur.

Xatırladaq ki, “Auction Baku”da qeydiyyat iki cür aparılacaq alıcılar və satıcılar. Auksion və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksion və müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 

“Auksion Baku”da artıq 7 lot müəyyənləşib. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyeva “Santa 1919-cu il”, Fərəh Əliyeva “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, Vüqar Muradov “Payızda-Yaz” və Namiq Məmmədov “Mələklərin səhər yeməyi” əsəri hərraca çıxarılacaq.

Siz auksionda iştirak etmək istəyirsinizsə və öz iştirakınızı aşağıdakı e-mail ünvanlarına göndərməklə təsdiq edə bilərsiz. Daha sonra necə almalı? necə satmalı? necə iştirak etməli? kimi suallara cavablar e-mail ünvanıza göndəriləcəkdir.

Almaq üçün- auction.baku1@gmail.com

Satmaq üçün- auction.baku2@gmail.com

Əlaqə nömrəsi- 077 717 33 37

Qeydiyyat bitdikdən sonra əsərlərə komissiya tərəfindən baxılacaq və hərraca qəbul edilən işlər müəyyənləşəcəkdir. Auksionun keçirilmə tarixi haqqında məlumat ictimaiyyətə yaxın günlərdə elan ediləcəkdir.

20 oktyabr  qeydiyyat üçün son tarixdir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook