“Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək - Xəbərlər - ADRQ
sa sa 133
“Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcək Okt 28, 2019 | 16:38 / Mühüm hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il noyabr ayının 7-də saat 12:00-da “Hilton Baku” otelində incəsənət əsərlərinin növbəti auksionu keçiriləcəkdir.
Auksion Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin patronajlığı altında Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.
Xatırladaq ki, bu il 21 may tarixində “Auction Baku” MMC tərəfindən Azərbaycanda ilk dəfə keçirilən auksion ictimaiyyətin böyük diqqətini çəkmiş, Azərbaycan iqtisadiyyatında yaradıcı sənayenin rolu və gələcək inkişaf perspektivlərini nəzərə alaraq yenidən keçirilməsi qərara alınmışdır.
Hərrac incəsənət əsərlərinin, əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunu nəzərdə tutur.
“Auksion Baku” da alıcılar hərraca çıxarılan 11 lot üzrə mübarizə aparacaqlar. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyeva “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, “Payızda-Yaz”, Namiq Məmmədov “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əli “Karvan” və İlham Mirzəyevin “Antik Büst-Qızılı Fonda” əsəri hərraca çıxarılacaq.
Auksiona giriş yalnız dəvətnamə ilə mümkündür.
Media nümayəndələri üçün giriş sərbəstdir.

VİDEO
XİDMƏTLƏR
Sərgilərin təşkil olunması xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Məqalələrin yazılması
Ətraflı oxu
Dizayn xidmətlərinə aşağıdakılar daxildir:
Ətraflı oxu
Fotoçəkilişlərin aparılmasına aşağıdakılar daxildir:
Ətraflı oxu
Facebook